image-n1karobka_ads
image-123
image-176398770014705093_1200x630backend

Sahibə Qafarova Slovakiyanın Azərbaycandakı səfiri ilə görüşüb

image-ad_qayo_720x110px

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiyanın ölkəmizdəki səfiri Elçin Qasımov ilə görüş keçirib.

Doğru.az xəbər verir ki, görüşdə səfir yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Tərəflər Azərbaycan–Slovakiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar. Xüsusilə Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrə yeni mərhələ gətirdiyi qeyd edilib.

Görüşdə iki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilib, bu təmasların münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib. Parlamentlərarası əlaqələrin genişlənməsi üçün yaxşı imkanların olduğu vurğulanaraq, deputatların və parlament sədrlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı qeyd olunub.

Söhbət zamanı həmçinin komitələr və digər istiqamətlər üzrə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki