image-2000x150px
image-123
image-ads_atlas
image-media-ilg_0443-81ajnxk9hly34ovrq5tgbackend

Sahibsiz itlərin vurulması ilə bağlı DİN-dən AÇIQLAMA

image-728x90px

“Sahibsiz heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir. Respublikanın ərazi polis orqanlarına bununla bağlı müvafiq tapşırıqlar verilib”.

Doğru.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məqsəd heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinin qarşısını almaqdır:

“Hər bir şəxs bilməlidir ki, heyvanlarla rəhmsiz rəftar edilməsi məsuliyyət yaradır. Bu günlərdə Bərdə rayonunda vətəndaş İ.Qurbanovun sahibsiz iti tir tüfənginin qundağı ilə vurmasına görə inzibati icraat açılmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub, tüfəng həmin şəxsdən müsadirə olunaraq götürülüb.

Bunu nəzərə alaraq, bir daha diqqətə çatdırırıq ki, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qəti tədbirlər görülür”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki