image-2000x150px
image-123
image-ads_atlas
image-img-20211127-wa0079-1210x642backend

Saməddin Məmmədov Jurnalisti döydüyünə görə həbs olunub – FOTO/VİDEO

image-728x90px

Saməddin Məmmədov kimdir və niyə həbs olnub?- Sorğu

Azərbaycan elə bir ölkədir ki, hansısa cinayətə meyilli olan şəxs və yaxud da hansısa çirkin əməllərlə məşğul olunan bəzi qırnaqarası qəhrəmanlar bundan sığortalamaq üçün əvvələr tez qaçıb muxalifətçi olurdular ki, ay aman, qoymayın, məni hansısa məmur şərləyib tutduracaq. Zaman keçdikcə müxalifət partıyasının sədirləri xalq arasında etibar, nufuz itirdikdən sonra bu cür qırmaqarası qəhrəmanlar fərqli usullara əl atdılar. Hərəsi bir telfonu əlinə alıb tənqidlə təhqirin yerin səhv salıb, başladılar ölkənin rəhbər şəslərini təhqir etməyə, sonra da başlayırlar ki, məni rayonun deputatı, icra başçsı nə bilim deputatın qardaşı şərlətdirdi tutdurdu, qoymayın, kömək edin, məni asırlar, kəsirlər və.s kimi cəfəngiyatlar uydurmalar, daha nələr.

Bunlardan bir də Cəlilabad sakini, özünü blogger kimi göstərən Saməddin Məmmədovdur.

Kimdir Saməddin Məmmədov?

Cəlilabad rayon sakini olan 50 yaşlı Saməddin Məmmədov indiyə kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə həbs olunub və 8 il məhkumluq həyatı yaşayıb. O, rayonda reketlik, hədə-qorxu yolu ilə pul tələb etmə və digər kriminal fəaliyyəti ilə tanınır, amma bu fəaliyyətini pərdələmək üçün özünü ictimai-siyasi fəal və blogger kimi təqdim edir.

Lakin S.Məmmədov əvvəllər İrandan Azərbaycana qanunsuz və gizli yollarla narkotik daşımaqla narkotiklərin qaçaqmalçılığı və satışı ilə məşğul olub. Onun oğulları Amid və Nahidin də adları kriminal fəaliyyətdə hallanır.

26 yaşlı Amid hələ 2014-cü ildə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. İkinci oğlu, 25 yaşlı Nahid isə 2019-cu ildə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb.

Saməddin Məmmədov öz kriminal həyat tərzinə oğlanlarından başqa, kürəkənini də qoşub. Kürəkəni 37 yaşlı Rəşad Ağaşov da 2019-cu ildə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

Amma bu şəxs həbs olunduqdan sonra Qarabağ qazisi olan övladı və ailəsi, Saməddin Məmmədovun özü rayonda Elşən Oktayoğlu adlı şəxsi oğlu N.Məmmədov və bacısı oğlu E.Məmmədovla birlikdə döyərək ona açıq-aşkar müxtəlif cür bədən xəsarətləri yetirmələrinin fərqində olmadan demək olar ki, hər həftə Bakı şəhərində dövlət qurumlarının qarşısında və xarici səfirliklər önündə aksiya çekirərək guya Saməddin Məmmədovu Piredentin köməyçisi Kərəm Həsənov və onun qardaşı Malik Həsənov şərlətdirərək həbs etdirib, deyə etiraz edirlər.

Məsələ ilə bağlı yolmuzu Cəlilbada saldıq, bir jurnalist olaraq Cəlilabad sakinlərindən video-sorğu keçirdik, iş üzrə zərərçəkmiş Elşən Oktayoğlunu qısa olaraq dinlədik.

  • Salam, Elşən bəy.

Salam, buyurun.

Elşən bəy, Sammədin Məmmədov sizinlə mübahisə zamanı həbs olunub, amma idda edirlər, onları Kərəm Həsənovla Malik Həsənov həbs etdirb, bu haqqda nə deyə bilərsiz?

Saməddin Məmmədovun Adının çekdiyniz şəslərlə bağlı saxlanılması tan yalnışdır. Saməddən Məmmədov oğlu Nahid Məmmədov və bacısı oğlu Elsəvər Məmmədovla birlikdə məni 27 Sentyabır tarixində anım mərasimində kərara çağraraq vurub yerə yıxdılar, 3 nəfər məni vuraraq ağır bədən əsarəti yetirdilər, kəllə-beyin travması aldım, burnum sındı, məni oradan Cəlilabad rayon Mərkəzi Xəstəxanasına apardılar. 21 gün müalicə aldım, daha sonra evə anbulator müalicəyə buraxldım, bununla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanıldı, bir neçə gün sonra tək Saməddin Məmmədov istintaqa cəlb olunaraq saxlanıldı və barəsində həbs qətimkan tədbiri seçildi, hal-hazırdada istintaq gedir.

Elşən Oktayoglu Saməddinin ailəsinin onun həbsinə görə müxtəlif dövlət qurumları və xarici səfirliklər qarşsında keçirdikləri aksıyaya da münasibət bildirib, o, qeyd edib ki, onlar harada aksıya keçirməkləri öz işlərdir, amma adam faktiki cinayət edərək xuliqanlıq edib, qərarı isə hüquq-mühafizə orqanları verəcək, mənin onunla əvvəllər də heç bir problemin olmayıb, sadəcə demişəm ki, rayon haqqında xoşagəlməz çıxışlar etmə, bir yerli olaraq iradımı bildirdim, amma o, davam etdi, mən də öz profilimdən ona yenə irad yazdım, mübahisə də bunalardan sonra başladı, bir daha təkrar edirəm, onu kiminsə sifarişi ilə həbs olunması tamami ilə yalan və cəfəngiyatdır.

Daha sonra Cəlilabad sakinləri arasında video sorğu keçirdik.

Onlar da idda edirlər ki, Saməddin Məmmədovun kiminsə sifarişi ilə həbs olunması yalandır. Kərəm Həsənov, Malik Həsənov rayon icra hakimiyyəti başçsı, rayon rəhbərlərinin adı çekilməsi isə umumiyyətlə cəfəngiyatdır.

Sammədinin kim olduğun Cəlilabad sakinləri yaxsı bilir. Saməddin Məmmədov xulqanliq edib, rayon sakini Elşən Oktayoglunu döyərək xəstəxanalıq edib, bu həsas məqamda ölkəmizin günü gündən uğur qazandığı bir vaxtda Saməddinin ailəsi haradasa aksiya edib ictmai asayışı pozunca, yaxşı olardı, onun ailəsi çıxın günahları olduğların etiraf etsinlər, döydüyləri şəxslərə barşsınlar, üzr istəsinlər, yoxsa, rayonun adın bu cür çirkinliklərlə alçaldamağın nə mənası var, deyə bir neçə nəfər Cəllabad rayonunun tanınmış ictmai fəal sakinləri bildirib.

Sakinlərlə daha ətraflı video sorğuda:

Video

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki