image-n1karobka_ads
image-123
image-6911af51ae5ac9506a15db56backend

Sankt-Peterburqda S-400 texnologiyası ilə bağlı casus əməliyyatı üstü açıldı

image-ad_qayo_720x110px

Sankt-Peterburqda Rusiya hüquq-mühafizə orqanları məxfi hərbi sənədləri qaçaqmalçılıq yolu ilə xaricə çıxarmağa cəhd edən Rusiya vətəndaşını saxlayıb.

Doğru.az xəbər verir ki, saxlanılan şəxsin S-400 hava hücumundan müdafiə sistemi və Mi-8AMTSh-V / Mi-8AMTSh-VA helikopterlərinə aid sənədləri götürməyə çalışdığı bildirilir.

Əməliyyat Pakistan kəşfiyyat agentliyi ISI-nin Rusiya hərbi texnologiyalarına, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən S-400 sistemlərinə gizli giriş cəhdindən sonra həyata keçirilib.

Bundan əvvəl Rusiya FSB-nin Yaroslavl vilayəti üzrə idarəsi xarici Müdafiə Nazirliyinin xeyrinə ikili təyinatlı mühərriklərin qeyri-qanuni istehsalını və tədarükünü dayandırdığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki