Pakistanın baş naziri Şehbaz Şərif ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına yenidən namizədliyini irəli sürüb.
Doğru.az xəbər verir ki, Şərif bu açıqlamanı Misirdə keçirilən sammitdən sonra çıxışında verib və Trampın Yaxın Şərqdə münaqişələrin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirib:
“Bu gün mən bir daha bu görkəmli prezidenti Nobel Sülh Mükafatına namizəd göstərmək istərdim.” – RİA Novosti sitat gətirir.
Qeyd edək ki, daha əvvəl Tramp özü Qəzza zolağı ilə bağlı sülh sazişini “ən böyük və ən mürəkkəb” layihə hesab etdiyini bildirmişdi.
DOĞRU.AZ