image-2000x150px
image-1643001268-750-450backend

Səhər baş vermiş hadisə ilə bağlı RƏSMİ məlumat

image-728x90px

Azərbaycanda faciə ilə nəticələnən hadisə baş verib.

Doğru.Az “Report”a istinadən xəbər verir ki, baş vermiş hadisə nəticəsində Sumqayıt sakini öz evində diri-diri yanaraq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki