Fransa hakimiyyəti miqrantlara və evsizlərə qarşı zorakılıqlara görə ictimaiyyət tərəfindən tənqid edilib.
Inside the Games-in məlumatına görə , Olimpiadanın başlamasına bir həftə qalmış hakimiyyət orqanları evsiz insanları və miqrantları Parisdən zorla çıxarır.
Xatırladaq ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi yalnız 15 rusiyalı idmançını neytral idmançı kimi turnirə buraxıb.
Daha əvvəl Tatyana Tarasova BOK-un öz saytında ruslar üçün Parisdəki Olimpiadanı göstərəcəyini bildirmişdi.
DOĞRU.AZ