Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-da keçirdiyi yüksəksəviyyəli görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sentyabrın 10-da keçirilən iclasda çıxışı zamanı bildirib.
Doğru.az xəbər verir ki, Səməd Seyidov bu səfərin təsadüfi olmadığını, Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.
Komitə sədri, həmçinin ümidvar olduğunu deyib ki, yaxın gələcəkdə Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında parlamentlərarası dialoq daha da intensivləşəcək. Onun sözlərinə görə, qarşıdakı payız sessiyasında bu istiqamətdə bir sıra tədbirlərin təşkili nəzərdə tutulur və bu təşəbbüslər Azərbaycan-ABŞ münasibətlərində institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
DOĞRU.AZ