image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220627-131851_googlebackend

Şəmkir təhsilində YENİ PUL YIĞIMI… – Anar Qədimalıyevin yerinə NAMİZƏD VAR!

image-728x90px

Gəncəbasar zonasında təhsil sistemi deyəsən, rəsmən özbaşına qalıb. Hər halda Gəncə regional təhsil idarəsinin müdiri Anar Qədimalıyevin məktəb direktorlarını boğaza yığması, intihar həddinə çatdırması və bu gün həmin olayların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması belə deməyə əsas yaradır.

DİA.AZ-a Şəmkirdən daxil olan məlumatda isə deyilir ki, sözügedən rayonun təhsil şöbəsinin müdiri Qüdrət Əliyev də Anar Qədimalıyevin yolunu gedir:

“O da məktəb direktorlarını boğaza yığıb, hamının üzərinə pulyığma öhdəliyi qoyub.

Əvvəl Şəmkirdə başının müavini olan Qüdrət Əliyev indi özünü əlinə fürsət düşmüş kimi hiss edir. Düşünür ki, Gəncədə Anar Qədimalıyevin vəziyyəti ağırdır və onu işdən çıxarsalar, yerinə – regional idarəyə sədr keçə bilər.

Ona görə də düşüb Şəmkirdəki direktorların canına ki, pul yığsınlar və o da “yuxarılara” pul verib, regionala rəis gəlı bilsin…”

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki