Serbiya Prezidenti Aleksandar Vuçiç Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta ilə görüş keçirib.
Doğru.az xəbər verir ki, dövlət başçısı sosial media hesabında Serbiyanın Avropa İttifaqına üzvlük kursuna dəyişməz sadiqliyini vurğulayıb.
Vuçiç bildirib ki, Aİ Belqrad üçün əsas xarici siyasət istinad nöqtəsi olaraq qalır:
“Serbiya öz strateji kursuna – Aİ üzvlüyünə – qətiyyətlə sadiqdir və ölkəmiz sülhə, sabitliyə və rifaha töhfə verən bütün proseslərdə Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq qalır”.
Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti Serbiyanın Aİ-yə üzvlük perspektivlərinə sadiqliyini təsdiqləyib və Rusiyaya qarşı sanksiyalara qoşulmağın bu proses üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.
Eyni zamanda, Serbiyanın baş naziri Djuro Macut ölkənin Aİ-yə daxil olmaq üçün müəyyən edilmiş kriteriyaların 65%-ni artıq yerinə yetirdiyini açıqlayıb.
DOĞRU.AZ




























