image-2000x150px
image-123
image-ads_atlas
image-dsc-7547backend

Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə Tənzimləyici Qurumu – REM-in nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

image-728x90px

5 mart 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın iştirakı ilə  Serbiya Respublikasının Audiovizual və Elektronik Media üzrə tənzimləyici qurumu REM-in nümayəndə heyəti ilə görüş baş tutub.

Görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə qonaqlara ətraflı məlumat verib.

O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edib.

Serbiyalı nümayəndə heyəti isə qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı media sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda Agentliyin fəaliyyət istiqamətləri barədə əhatəli təqdimat qonaqlara nümayiş olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki