image-n1karobka_ads
image-123
image-6957f875ae5ac9064b72efefbackend

Səudiyyə Ərəbistanı Yəmənin Seiyun hava limanına hava zərbələri endirib

image-ad_qayo_720x110px

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətinin Seiyun şəhərinin hava limanına bir sıra hava hücumları həyata keçirib.

Doğru.az xəbər verir ki, TASS agentliyinin məlumatına əsasən, bu barədə Cənubi Keçid Şurasının separatçılarına yaxın olan AIC televiziya kanalı məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hava qüvvələri hava limanı ərazisinə ən azı üç zərbə endirib. Hücumlar nəticəsində şəhərdə güclü partlayış səsləri eşidilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi bir müddət əvvəl Yəməndə terrorizmə qarşı mübarizə aparan qüvvələrinin sayının azaldıldığını açıqlamışdı. Bundan əvvəl isə Yəmən hakimiyyəti BƏƏ-nin dəstəklədiyi üsyanlar səbəbilə 90 günlük fövqəladə vəziyyət elan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki