image-ads_n1karobka_mobile
image-692473f402e8bd48822767e5backend

Si Cinpin və Tramp arasında telefon danışığı olub

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Doğru.az xəbər verir ki, bundan əvvəl, oktyabrın 30-da liderlər Cənubi Koreyanın Busan şəhərində yerləşən Gimhae aviabazasında görüş keçiriblər.

Danışıqlardan sonra Tramp bildirib ki, Si Cinpinlə olan görüş “10-dan 12-yə qədər” – yəni çox məhsuldar və geniş müzakirələrlə keçib. Onun sözlərinə görə, Çin tərəfi ABŞ-ın enerji resurslarını almağa razılıq verib.

Bununla yanaşı, ABŞ administrasiyası Çinə fentanil ilə bağlı tarifləri 10%-ə endirmək qərarı qəbul edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki