Qarşısıalınmazlar filminin bütün hissələrində oynayan aktyor Dolf Lundqren etiraf edib ki, Silvestr Stallone beşinci hissənin ssenarisi üzərində işləyir.
Bununla belə, davam filminin inkişafı ilə bağlı rəsmi məlumat yox idi.
Lundqren dördüncü filmin niyə uğursuz olduğunu da izah etdi. Aktyorun sözlərinə görə, Silvestr Stallone əvvəllər olduğu kimi yaradıcılıq prosesində iştirak etməyib. Üstəlik, çəkilişlər başlamazdan bir ay əvvəl filmin rejissoru dəyişdi.
Lundqren qeyd edib ki, “Layihənin əvvəldən, xüsusən də ssenari ilə bağlı problemləri var idi”.
Mənbə: Haberler.com