image-n1karobka_ads
image-123
image-17608589864008633827_1200x630backend

Şimali Kiprdə prezident seçkiləri keçirilir

image-ad_qayo_720x110px

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.

Doğru.az xəbər verir ki, səsvermə bu gün saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək. Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi fəaliyyət göstərir.

Qanunvericiliyə əsasən, prezident seçilmək üçün namizəd birinci turda səslərin 50% + 1-ni toplamalıdır. Əgər heç bir namizəd bu göstəriciyə çatmasa, yeddi gün ərzində ikinci tur səsvermə keçiriləcək.

Qeyd edək ki, bu il prezident postu uğrunda ümumilikdə 7 namizəd mübarizə aparır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki