“Politico” qəzeti diplomatik dairələrə istinadən yazır ki, Macarıstan və Slovakiya Avropa İttifaqından Ukraynaya 50 milyard avroluq yardım paketinin ayrılmasına qarşı çıxıblar.
Macarıstan və Slovakiyanın Ukraynaya yardımın xeyrinə Aİ büdcəsində islahatlardan imtina etməsi Aİ-nin Brüsseldə keçirilən sammiti zamanı rəsmiləşib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Slovakiyanın baş naziri Robert Fiko Kiyevə yardımdan imtina etməsini ölkədə korrupsiyanın yüksək səviyyədə olması və pulların oğurlanacağından qorxması ilə əsaslandırıb.
Bundan əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Ukraynaya hərbi yardım üçün səkkizinci maliyyə paketinin ayrılması məsələsində razılığa gələ bilməyiblər.
Mənbə: A Haber