image-n1karobka_ads
image-6990383f02e8bd02eb55e991backend

SON DƏQİQƏ: Zelenski sərt cavab verdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

Doğru.az xəbər verir ki, STRANA.ua Zelenskinin sözlərini sitat gətirib. O deyib: “Amerika tərəfindən, Prezident Trampdan bəzi siqnallar gəlir ki, indi kompromis vaxtıdır. Biz isə artıq bir çox kompromislərə getmişik.”

Zelenski əlavə edib ki, ABŞ tərəfindən Ukraynanın güzəştə getməli olduğuna dair mesajlar göndərilir.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Zelenskinin sülhə doğru irəliləməli olduğunu vurğulamış, Rusiyanın məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirmişdi. ABŞ prezidenti Kiyevə Rusiya ilə mümkün razılaşmanı əldən verməməyi də tövsiyə etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki