Silahlı quldurlar Parisin mərkəzində elit İsveçrə saat markası Piaget mağazasına basqın ediblər.
Bu barədə The Guardian yazır.
Oğurluq çərşənbə axşamı, avqustun 1-də, bir neçə zərgərlik və saat mağazalarının, eləcə də dəbdəbəli brend butiklərinin yerləşdiyi eksklüziv Place Vendôme ərazisində Rue de la Paix küçəsindəki mağazada nahar vaxtı törədilib.
Hazırda faktla bağlı araşdırma aparılır. İstintaqa yaxın mənbə bildirib ki, polis üç şübhəlini axtarır. Oğurluq zamanı heç kim xəsarət almayıb.
Paris prokurorluğu bildirib ki, quldurlar özləri ilə 10-15 milyon avro dəyərində zinət əşyaları aparıblar.
Mənbə: Haberler.com