Əfsanəvi alman pilot Mixael Şumaxerin 2001-ci ildə “Formula-1” üzrə dünya çempionatında istifadə etdiyi “Ferrari F2001” bolidi hərracda rekord qiymətə satılıb.
Doğru.az oxu.az-a istinadla xəbər verir ki, “RM Sotheby’s” hərracında keçirilən satışda avtomobil 18,17 milyon ABŞ dollarına alıcı tapıb. Bu barədə məlumatı “The New York Times” nəşri yayıb.
Məlumata görə, Mixael Şumaxer həmin bolidlə 2001-ci ildə keçirilən Monako və Macarıstan Qran-prilərində qalib gəlib və həmin mövsüm dünya çempionu olub.
Qeyd olunur ki, bu, Şumaxerin indiyədək hərracda satılan ən bahalı yarış avtomobili hesab olunur.
DOĞRU.AZ