image-n1karobka_ads
image-123
image-6933704c02e8bd12690bf974backend

Süni intellekt əleyhinə çıxış edən amerikalı fəal itkin düşüb

image-ad_qayo_720x110px

Süni intellektin inkişafına qarşı çıxan ABŞ-lı fəal Sem Kirşner iki həftə əvvəl itkin düşüb.

Doğru.az xəbər verir ki, “The Atlantic”in məlumatına görə, Kirşner süni super intellektin inkişafına daimi qadağa tələb edən “Stop AI” hərəkatının yaradıcılarından biri olub.

Məlumata görə, aksiyalardan birinə hazırlıq zamanı Kirşner hərəkat üzvləri ilə mübahisə edib və onlardan birini vurub. Daha sonra üzr istəsə də, “Stop AI” üzvlərinin polisə müraciət edərək onun davranışından narahat olduqları qeyd edilir. Yazıda bildirilir ki, San-Fransisko polisi Kirşnerin silahlı və təhlükəli ola biləcəyi barədə xəbərdarlıq yayıb.

Nəşr yazır ki, fəal məhkəmə iclasına gəlməyib və onun mənzili kilidsiz vəziyyətdə tapılıb. Kirşnerin dostları hesab edirlər ki, o, velosipedini götürərək çadırda yaşaya bilər, çünki noutbuku, telefonu və digər əşyaları mənzildə qalıb.

Xatırladaq ki, noyabr ayında ChatGPT ilə əlaqəli intihar hadisələri ilə bağlı OpenAI-a qarşı yeddi iddia qaldırıldığı barədə məlumat yayılmışdı. Bundan əlavə, ABŞ-da 13 yaşlı məktəbli qətl planı ilə bağlı ChatGPT-dən kömək istədiyinə görə həbs edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki