image-n1karobka_ads
image-123
image-pic_32ratio_900x600-900x600-87518backend

Supermodel İrina Şeyk və aktyor Bredli Kuper qızları ilə gəzintidə hisslərini gizlətməyiblər

image-ad_qayo_720x110px

Rusiyalı supermodel İrina Şeyk keçmiş əri, amerikalı aktyor Bredli Kuperin qucağında fotosessiyaya çəkilib.

Müvafiq fotoları Daily Mail tabloidində dərc edib.

37 yaşlı İrina Şeyk və 48 yaşlı Bredli Kuperi altı yaşlı qızları Liya ilə birlikdə Nyu York küçələrində paparassilər yaxalayıb. Supermodel ağ köynək, boş şalvar və idman ayaqqabısı, aktyor isə mavi gödəkçə, düz cins şalvar və idman ayaqqabısı geyinib. Ulduzların varisi südlü çaplı don və sandalet geyinib.

Keçmiş həyat yoldaşları bir-birlərinə qarşı isti hissləri gizlətmədilər və gəzinti zamanı qucaqlaşdılar.

İrina Şeyk və Bredli Kuper dörd illik romantikadan sonra 2019-cu ildə ayrıldılar, lakin dostluq münasibətlərini qoruyub saxladılar.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki