image-n1karobka_ads
image-123
image-jaotmwsel2thrq9frgxof2reh6xn3x9dkhypugna_1200backend

Surinam prezidenti İlham Əliyevə başsağlığı verib

image-ad_qayo_720x110px

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.

Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki