Ötən gün Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı olub. Lakin təəssüf ki, gecə saatlarında heykəl zədələnib.

Doğru.Az xəbər verir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinə ziyan vuran şəxslər müəyyən olunub:

“Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.

E.Hacıyev onu da əlavə edib ki, heykəlin zədələnmiş hissəsi artıq bərpa edilib.