image-n1karobka_ads
image-123
image-img-20250802-wa0024backend

Tarixi ədalət arayışında olan çərkəzlər Azərbaycana ümid yeri kimi baxırlar – FOTO

image-ad_qayo_720x110px

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi çərkəz mövzusunda tədbirlərini davam etdirir.

Doğru.az xəbər verir ki, 2025-ci il iyulun 30-da “Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı onlayn konfrans keçirilib. Toplantıya ABŞ, İsrail, Polşa və Türkiyədən çərkəz icmasının tanınmış nümayəndələri və QHT sədrləri qatılıb.

Konfransda Çar Rusiyası, SSRİ və sonrakı dövrlərdə çərkəz xalqına qarşı həyata keçirilmiş kütləvi qırğınlar və deportasiyalar müzakirə olunub. Çərkəz irsi üzrə tədqiqatçı-jurnalist Beslan Kmuzov bildirib ki, çərkəzlərin soyqırımı BMT səviyyəsində tanınmalıdır.

 

Türkiyədən iştirak edən Selcuk Ulutaş çərkəzlərin qanını axıdan rus generallarına abidələrin ucaldılmasını qınayaraq bunun milli qürura zidd olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan da soyqırımı və müstəmləkə zülmü yaşamış xalqdır, buna görə də çərkəzlərin dərdlərini yaxşı anlayır. Ulutaş Azərbaycanın “əzilən xalqların səsinin çarçısı” olduğunu deyərək, tarixi ədalət axtaran çərkəzlər üçün ölkəmizin böyük ümid yeri olduğunu xüsusi vurğulayıb.

Birləşmiş Çərkəz Şurasının üzvü Rüstəm Xujayev çərkəzlərin doğma yurda qayıtmaq həsrəti ilə yaşadığını, soyqırımların dünya birliyi tərəfindən tanınmasının vacibliyini bildirib. Nyu-Yorkdakı Çərkəz Siyasi Mərkəzinin rəhbəri Marianna Şeru isə çərkəzlərin bütün məhrumiyyətlərə baxmayaraq, milli kimlik və mədəniyyətini qoruduğunu, Azərbaycanın zəfər təcrübəsi ilə fəxr etdiklərini qeyd edib.

Tarixçi-alim Ramin Əlizadə Azərbaycan və çərkəz xalqlarının tarixi talelərinin oxşarlığını diqqətə çatdıraraq arxivlərdə tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb. İsraildən qafqazşünas Avraam Şumleviç isə Rusiyanın qeyri-rus xalqlara qarşı yürütməkdə olduğu irqçi siyasətin dayandırılmasını tələb edib.

“İpək Yolu” İctimai Birliyinin sədri Aida Eyvazova Göytürk Azərbaycan və çərkəz QHT-ləri arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib. Sədr müavini Ülkər Eyvazova isə çətinliklərə baxmayaraq öz dilini və mədəniyyətini qoruyan xalqların yaşamağa davam etdiyini qeyd edib.

Çərkəzlərin Milli Hərəkatının Avropa nümayəndəsi İbrahim Yaqanov Qarabağ və kabardin at cinslərinin əlaqəsini yada salaraq gələcəkdə Azərbaycanla birlikdə at yarışları təşkil etməyi təklif edib.

Konfransın sonunda QHT-lər arasında əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb və “İpək Yolu” İctimai Birliyinə təşəkkür bildirilib.

DOĞRU.AZ

image-img-20250802-wa0028image-img-20250802-wa0029 image-img-20250802-wa0025 image-img-20250802-wa0027 image-img-20250802-wa0026 image-img-20250802-wa0023

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki