image-n1karobka_ads
image-123
image-69117e1c02e8bd77240dbd45backend

Tatarıstanda qaz partlayışı – 5 nəfər yaralanıb

image-ad_qayo_720x110px

Rusiya Fövqəladə Hallar Nazirliyinin Tatarıstan üzrə Baş İdarəsi qaz partlayışı nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.

Doğru.az xəbər verir ki, RİA Novostinin məlumatına görə, hadisə şəhərin qaraj kooperativlərindən birində baş verib. Nazirliyin bəyanatında qeyd olunur ki, qaz sobasında yemək bişirərkən balondan sızan qaz-hava qarışığı alışaraq partlayışa səbəb olub.

> “Qaz sobasında yemək bişirərkən qaz balonundan sızma, qaz-hava qarışığının alışmasına gətirib çıxarıb. Hadisə nəticəsində maddi ziyan qeydə alınmayıb,” – məlumatda bildirilir.

Partlayış nəticəsində 5 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Tula vilayətində də oxşar qaz partlayışı baş vermiş, nəticədə 5 nəfər xəsarət almışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki