Tatarıstan rəhbəri Rüstəm Minnixanov Almir Abaşevin respublikanın yeni səhiyyə naziri təyin edilməsi barədə sərəncam imzalayıb.
Doğru.az xəbər verir ki, sənəddə “Almir Rəşidoviç Abaşev Tatarıstan Respublikasının səhiyyə naziri təyin edilsin” ifadəsi yer alıb.
Qeyd edək ki, Abaşev 2025-ci ilin iyun ayından etibarən Səhiyyə Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. O, bundan əvvəl respublikanın səhiyyə nazirinin birinci müavini postunu tutub.
Eyni zamanda, tibb elmləri doktoru, professor Diana Abdulqaniyeva Kazan Dövlət Tibb Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən kimi təyin olunub. O, daha əvvəl universitetin prorektoru vəzifəsində çalışıb.
DOĞRU.AZ