Təhsil Tələbə Krediti Fonduna indiyədək 76 min 274 müraciət daxil olub.
Doğru.az xəbər verir ki, müraciətlərdən 1115-i natamam olub, hazırda isə 2265 müraciət emalda saxlanılır.
Fond məlumat verib ki, müraciət edən tələbələrdən 59 min 506-na təhsil tələbə krediti verilib.
Bunlardan 20 min 469-u sosial, 39 min 37-si isə standart təhsil tələbə krediti kimi rəsmiləşdirilib. Ümumilikdə 13 min 388 müraciətə imtina cavabı verilib.
DOĞRU.AZ