image-2000x150px
image-123
image-ads_atlas
image-17203742285562627450_1200x630backend

Təlimin yeddinci günü: Media nümayəndələri üçün ekstremal şəraitdə sürücülük təlimi keçirilib

image-728x90px

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimlərində bir həftə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, iyulun 7-də media nümayəndələri üçün nəqliyyat vasitələrinin təhlükəsizliyi və ekstremal şəraitdə sürücülük təlimi keçirilib. Belə ki, təlim riskli sürüşmə vəziyyətlərində düzgün reaksiyaların verilməsi, ani və fərqli situasiyalarda baş verə biləcək neqativ halların qarşısının alınması dərslərindən, habelə sürücü bacarıqlarını inkişaf etdirməyə, media nümayəndələrinin istifadə etdikləri nəqliyyat vasitələrini daha yaxşı idarəetməyə imkan verən üsullardan ibarət olub. Media nümayəndələri, həmçinin dərsdə təlim maşınlarından istifadə edərək hərəkət həddini və dinamikasını öyrənib, sürüşkən, ani maneələrin olduğu yollarda avtomobilləri sürərək qarşıya qoyulan tapşırıqları icra ediblər.

Qeyd edək ki, təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb. Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.

Təlimləri uğurla başa vuran media nümayəndələri beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

DOĞRU.AZ

image-17203742286214943024_1200x630 image-1720374228732210612_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki