image-n1karobka_ads
image-123
image-6905ec0b02e8bd31980bc652backend

Tiknizyanla “Benfika” və “Porto” maraqlanır

image-ad_qayo_720x110px

“Srvena Zvezda”nın müdafiəçisi Nair Tiknizyan karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.

Doğru.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb. Bildirilir ki, futbolçu ilə “Porto” və “Benfika” klubları maraqlanır. Tiknizyanı izləmək üçün Portuqaliya klublarının skautları Avropa Liqasının “Braqa” ilə oyununda iştirak ediblər.

Qeyd edək ki, futbolçu sentyabrın 24-də Serbiya vətəndaşlığı alıb. Yayda isə “Lokomotiv”dən 1,7 milyon avroya “Crvena Zvezda”ya keçmişdi.

Xatırladaq ki, Serbiya tərəfi Tiknizyanın Serbiya pasportu almasının vacibliyini öncədən vurğulamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki