image-n1karobka_ads
image-123
image-693bc103ae5ac962122ce52ebackend

Tokayev BMT-də islahatların zəruriliyini bildirib

image-ad_qayo_720x110px

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda beynəlxalq hüququn vəziyyətini şərh edib.

Doğru.az xəbər verir ki, TASS agentliyi onun sözlərini sitat gətirib:

“Beynəlxalq hüququn aşınmasını, onun müəyyən qaydalarla əvəz olunmasını və təbii ki, çoxtərəfli qurumların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının nüfuzunun və effektivliyinin azalmasını qeyd etmək lazımdır”, – deyə Tokayev vurğulayıb.

Prezident Qazaxıstanın BMT-nin islahatlarını dəstəklədiyini, o cümlədən Təhlükəsizlik Şurasının genişləndirilməsi və Baş Assambleyanın rolunun gücləndirilməsinin önəmli olduğunu bildirib. Tokayev eyni zamanda BMT-nin missiyasını ləyaqətlə yerinə yetirdiyini qeyd edib.

Qeyd edək ki, forum zamanı Rusiya prezidenti Vladimir Putinin Türkmənistana iki günlük səfəri də diqqət mərkəzində olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki