image-n1karobka_ads
image-123
image-69373cee02e8bd3b1358bc5ebackend

Tramp: ABŞ NATO-ya silah satır, Ukraynaya göndərilir

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ hazırda NATO-ya silahları tam qiymətə satır və alyans artıq bu avadanlıqları Ukraynaya ötürür.

Doğru.az xəbər verir ki, RİA Novosti Trampın sözlərinə istinadən yazır:

“İndi biz NATO avadanlığını tam qiymətə satırıq və NATO bu avadanlığı götürür və yəqin ki, Ukraynaya verir. Güman edirəm ki, onlar bunu başqalarına da verə bilərlər, amma əsasən Ukraynaya verirlər və avadanlıqların, raketlərin paylanması üçün Ukrayna ilə işləyirlər”, – Tramp deyib.

Qeyd edək ki, bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ-ın Ukrayna ilə bağlı sülh planını oxumadığını açıqlamış və Trampın Vladimir Zelenskini məğlub etdiyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki