ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynadakı silahlı münaqişənin dayandırılması üçün “çox gərgin” işləyir.
Doğru.az xəbər verir ki, RİA Novosti məlumatına görə, Tramp bu sözləri Ağ Evin cənub tərəfindəki parkda bayram ağacının işıqlandırılması mərasimində deyib. O qeyd edib: “Biz bunu dayandırmalıyıq. Bunu dayandırmaq üçün çox çalışırıq”.
Daha əvvəl ABŞ-ın vitse-prezidenti J.D. Vens Ukrayna münaqişəsi ilə bağlı tezliklə xoş xəbərlərin ortaya çıxa biləcəyini və mühüm irəliləyişlərin əldə olunduğunu bildirmişdi.
DOĞRU.AZ




























