image-ads_n1karobka_mobile
image-ctd2oxniaijefe04osvrmpdb3lltrxqujbxa37cs_1200backend

Tramp Fransada Olimpiadanın açılış mərasimini biabırçılıq adlandırıb

image-add-a-heading

ABŞ prezidentliyinə namizəd Donald Tramp Fox News telekanalına müsahibəsində Parisdə Olimpiadanın açılış mərasimini biabırçılıq adlandırıb.

“Mən çox geniş dünyagörüşlü insanam. Lakin onların etdikləri biabırçılıqdır”, – Tramp bildirib.

Eyni zamanda, Fransanın daxili işlər naziri Gerald Darmanin Parisdə Olimpiya Oyunlarının açılış mərasiminin “ azadlığın ifadəsi ” olduğunu bildirib.

İyulun 26-da tarixdə ilk dəfə olaraq stadionda deyil, şəhərdə baş tutan 2024-cü il Oyunlarının açılış mərasimi baş tutub. Komandalar qayıqlarla Sena çayı boyunca parad keçirdilər.

Sosial şəbəkələrdə çoxları tədbirdə transvestit sənətçilərin* Da Vinçinin “Son şam yeməyi” əsərini parodiya etməsindən narazı qalıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki