ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı gərgin anlar yaşayıb.
Doğru.az-ın məlumatına görə, “Financial Times” qəzetinin mənbələrinə istinadən görüş bir neçə dəfə mübahisəli anlarla yadda qalıb və Tramp Zelenskini tənqid edərək, münaqişəni dayandırmaq üçün Rusiyanın şərtlərini qəbul etməyə çağırıb. Mənbələrə görə, Tramp cəbhə xəritələrini masaya ataraq, Zelenskinin Donbasın bir hissəsini Rusiyaya verməsini tələb edib.
Doğru.az bildirir ki, Tramp görüşdə Zelenskini Ukrayna münaqişəsini sona çatdırmaq üçün addım atmağa çağırıb, əks halda Kiyev rejiminin “məhv ediləcəyi” ilə hədələyib. ABŞ prezidenti həmçinin vurğulayıb ki, ölkəsi bütün silahlarını Ukraynaya verə bilməz.
DOĞRU.AZ