ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatı ilə aparılan danışıqların uğurlu olduğunu və sürətlə irəlilədiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, Tramp Truth Social hesabında paylaşım edərək texniki qrupların yekun detalları hazırlamaq üçün bazar ertəsi Misirdə görüşməyə hazırlaşdığını bildirib.
“Mənə birinci mərhələnin bu həftə tamamlanmalı olduğu barədə məlumat verildi və mən hamını tez hərəkət etməyə çağırıram”, – Tramp qeyd edib.
Axios daha əvvəl yazmışdı ki, HƏMAS-ın Trampın planına verdiyi cavab İsrailin baş naziri Benyamin Netanyahunu qəzəbləndirib. Hətta məlumatlara görə, Tramp Netanyahu ilə söhbətində bu mövzuda ədəbsiz ifadələr işlədib.
DOĞRU.AZ