ABŞ prezidenti Donald Tramp Krımı ürək və çox gözəl adlandırıb.
Doğru.az xəbər verir ki, Tramp Politico-ya müsahibəsində bildirib: “Krım ürək idi… hər dəfə xəritəyə baxanda ‘Ah, Krım necə də gözəldir’ deyə düşünürəm. Vay! O, dörd tərəfdən okeanla əhatə olunub… Sadəcə, çox böyük potensiala malikdir”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də Krımın Rusiyaya birləşdirilməsini krımlıların və sevastopolluların öz tarixi vətənlərinə qayıtmaq arzusu ilə izah edib.
2014-cü il martın 18-də yarımadada keçirilən referendum nəticəsində Krım və Sevastopolun Rusiya Federasiyasına qəbul edilməsinə dair saziş imzalanıb.
DOĞRU.AZ




























