image-n1karobka_ads
image-123
image-tramp-baydenbackend

Tramp mitinqdə Bayden haqqında sərt ifadələr işlədib

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə sələfi Co Baydenə qarşı sərt açıqlamalar səsləndirib.

Doğru.az xəbər verir ki, Tramp tərəfdarları ilə görüşü zamanı Baydeni kobud şəkildə tənqid edib.

Siyasətçi çıxışında ekspromt sorğu keçirərək, iştirakçılardan keçmiş prezident üçün hansı ifadənin daha uyğun olduğunu seçməyi xahiş edib: “korrupsioner” yoxsa “yuxulu”.

“Adətən ‘əyrı Co’ qalib gəlir, mən təəccüblənirəm. Mənim üçün o, ölkəni xarabaya çevirmiş yuxulu adamdır”, – “Daily Express US” Trampın sözlərindən sitat gətirib.

Qeyd edək ki, bundan əvvəl Tramp Baydenin şəxsən deyil, avtomatik qələmlə imzaladığı bütün sənədlərin ləğv edildiyini bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki