image-ads_n1karobka_mobile
image-68f51966ae5ac95d6f4249a4backend

Tramp Obamanı demokratiya üçün təhdid adlandırdı

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanı demokratiya üçün təhdid adlandırıb və onu seçki kampaniyasında casusluqda ittiham edib.

Doğru.az xəbər verir ki, Tramp Fox News telekanalına müsahibəsində deyib: “Demokratiyanı təhdid edən şəxsdir. O, mənim kampaniyama casusluq edəndə buna başlayıb”.

O, Obamanın qeyri-qanuni olduğunu bilə-bilə onun kampaniyasına casusluq etdiyini iddia edir və bu cür fəaliyyətdə olan hər kəsi “tutmağa” söz verib.

Bundan əvvəl Tramp ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və Obama ilə bağlı, Rusiyanın 2016-cı il prezident seçkilərinə iddia edilən müdaxiləsi ətrafında yaranmış qalmaqala görə ağır cəzaların verilməli olduğunu bəyan etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki