ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Qazaxıstan və Özbəkistan liderlərini G20 sammitinə dəvət edəcək.
Doğru.az xəbər verir ki, TASS onun sözlərini sitat gətirir:
“Gələn il ABŞ G20 sammitinə ev sahibliyi edəcək və biz bu liderlərin hər ikisinə Mayamidə keçiriləcək bu vacib tədbirdə qonaq kimi bizə qoşulmaq üçün dəvətnamələr göndərəcəyik.”
Qeyd edək ki, Rusiyanın G20 Şerpası Svetlana Lukaş daha əvvəl ABŞ-ın Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək sammitdə görməyi gözlədiyini bildirmişdi.
DOĞRU.AZ




























