image-ads_n1karobka_mobile
image-6924414d02e8bd23511a2aa0backend

Tramp: “Rusiya–Ukrayna danışıqlarında yaxşı bir şey baş verə bilər”

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarla bağlı nikbin açıqlama verib.

Doğru.az xəbər verir ki, dövlət başçısı Truth Social hesabında yazıb: “Rusiya və Ukrayna arasında sülh danışıqlarında həqiqətən mühüm irəliləyiş əldə olunub? Bunu görənə qədər inanmayın, amma yaxşı bir şey baş verə bilər”.

Bundan əvvəl Trampın Cenevrədə keçirilən danışıqlarda Ukrayna nizamlanması ilə bağlı irəliləyişi müsbət qiymətləndirdiyi bildirilmişdi.

Ukrayna nümayəndə heyəti də ABŞ-ın hazırkı sülh planı layihəsinin ölkənin maraqlarına uyğun olduğunu təsdiqləyib.

Bununla belə, Cenevrə danışıqlarından sonra Kreml Ukrayna ilə bağlı yeni plan layihəsinin hələlik Rusiyaya təqdim edilmədiyini açıqlayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki