ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi görüş zamanı Suriya lideri Əhməd əl-Şaraya öz brendindən ətir hədiyyə edib.
Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, görüşün videoyazısında odekolonun adı açıqlanmasa da, butulka Trampın imzası olan “Victory 47” ətirinin rəsmi saytındakı fotolarla üst-üstə düşür.
Qeyd edək ki, Əhməd əl-Şara bundan əvvəl Trampın ona “MAGA” (Make America Great Again) yazılı papaq hədiyyə etdiyini də bildirmişdi.
DOĞRU.AZ




























