ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sona çatmasını sürətləndirmək üçün Rusiyaya təzyiq göstərmək məqsədilə Çinlə razılığa gəlməyə cəhd edə bilər.
Doğru.az xəbər verir ki, bu barədə alman jurnalist Tomas Fasbender “Berliner Zeitung” qəzetində dərc olunan məqaləsində yazıb. Onun fikrincə, Ağ Ev münaqişənin həlli prosesində müttəfiqlərə ehtiyac duyur və bu kontekstdə Çin əsas tərəfdaşlardan biri ola bilər.
“Amerika prezidenti Rusiyaya qarşı Çini öz tərəfinə çəkməyə çalışacaq”, – nəşr qeyd edib.
Bundan əvvəl Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həllinə yardım edə biləcəyini də vurğulamışdı.
DOĞRU.AZ