ABŞ Prezidenti Donald Tramp NBC-yə verdiyi müsahibədə Venesuelada növbəti 30 gün ərzində seçkilərin keçirilməyəcəyini bildirib.
Doğru.az xəbər verir ki, Tramp bunun səbəbini ölkədə mövcud olan təhlükəsizlik vəziyyəti ilə izah edib.
ABŞ prezidenti qeyd edib: “Əvvəlcə ölkədə asayişi bərpa etməliyik. Seçkilər mümkün deyil. İnsanlar hətta səs verə bilməyəcəklər”.
Tramp əlavə edib ki, ABŞ Venesuelanın “bərpasına” kömək etməlidir. O, daha əvvəl isə Venesuelada Amerika qoşunlarının mövcudluğunun gələcək hadisələrin gedişindən asılı olacağını bildirmişdi.
DOĞRU.AZ




























