ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri Vladimir Zelenski Vaşinqtonun Ukraynadakı münaqişənin həlli ilə bağlı təklif etdiyi planı dəstəkləmir.
Doğru.az xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı Zelenskinin planı qəbul etmədiyini vurğulayıb:
“Əslində… Zelenski istisna olmaqla, onun xalqı razılaşma konsepsiyasını həqiqətən bəyənir”, – deyə o qeyd edib.
Tramp daha əvvəl də bəyan etmişdi ki, Zelenski Ukraynadakı vəziyyətə “real baxışla” yanaşmalı və mövcud şəraiti düzgün qiymətləndirməlidir.
Amerika prezidenti “Politico”ya müsahibəsində isə Kiyev rejiminin rəhbərini sərt şəkildə tənqid edərək onu “axmaq” adlandırmışdı.
Trampın bu açıqlamaları Vaşinqton-Kiyev xəttində gərginlik fonunda Ukrayna münaqişəsi ilə bağlı müzakirələrin daha da kəskinləşdiyini göstərir.
DOĞRU.AZ




























