ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Vladimir Zelenski və bir qrup Avropa lideri dekabrın 27-si şənbə günü Ukrayna münaqişəsinin həlli ilə bağlı onlayn görüş keçirməyi planlaşdırır.
Doğru.az xəbər verir ki, Zelenski, Tramp və Avropa liderlərinin telefon danışığı gözlənilir.
Portal məlumat verib ki, ABŞ və Ukrayna birgə həll planının əksər bəndləri üzrə artıq razılığa gəlib. Bundan əlavə, yaxın günlərdə Zelenskinin ABŞ-ın Floridadakı iqamətgahına gedərək danışıqlar aparacağı bildirilib.
DOĞRU.AZ



























