ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı Rusiya lideri Vladimir Putinlə bağlı açıqlama verib.
Doğru.az xəbər verir ki, Tramp “Onların etməli olduğu tək şey bir az barışmaqdır” deyə bildirib.
O, daha əvvəl Putinlə Macarıstanda planlaşdırılan görüşün ikitərəfli olacağını da vurğulayıb. Axios xəbər verir ki, bu görüş barədə razılıq Zelenski üçün sürpriz olub.
ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis bildirib ki, Rusiya və ABŞ liderləri arasında söhbət Kiyevin Ukraynada eskalasiya planlarını pozub.