ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama ilə çıxış edib.
Doğru.az xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində paylaşımında İran hakimiyyətini “dinc etirazçılara” qarşı zorakılıqdan çəkinməyə çağırıb. O bildirib ki, əgər İran hakimiyyəti etirazçılara atəş açarsa, ABŞ onlara yardım göstərməyə hazırdır.
Tramp yazıb: “Əgər İran adətlərinə uyğun olaraq dinc etirazçıları atəşə tutub və vəhşicəsinə öldürərsə, ABŞ onların köməyinə gələcək.”
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton mümkün hadisələrə qarşı “tam hazır vəziyyətdədir”.
Xatırladaq ki, daha əvvəl İranın qərbində yerləşən Həmədan şəhərində etirazlar zamanı Qurani-Kərimin yandırılması və məscidə hücum cəhdinin qarşısının alındığı barədə məlumat yayılmışdı.
Qeyd edək ki, 2025-ci ilin sonlarında İranda yaşayış qiymətlərinin kəskin bahalaşması və milli valyutanın dəyərdən düşməsi fonunda genişmiqyaslı etirazlar başlayıb. Baş verən toqquşmalar zamanı bir neçə nəfərin həlak olduğu bildirilir.
DOĞRU.AZ




























