Ukraynada münaqişənin həlli ilə bağlı ABŞ prezidenti Donald Trampın irəli sürdüyü plan Kiyevdə ciddi çaşqınlıq yaradıb.
Doğru.az xəbər verir ki, CNN Türk-ün şərhçisi Siyamend Kaçmaz prosesin Ukrayna üçün dalana dirəndiyini bildirib.
Məqalədə qeyd olunur ki, Trampın təklif etdiyi plan qəbul olunarsa, Kiyev ölkə daxilində ciddi reaksiyalarla üzləşə bilər. Əks halda isə Ukraynanın daha çox ərazi itirmək riski hər keçən gün artır.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bəyan etmişdi ki, Rusiya ordusunun fəaliyyəti Zelenski və onun komandası üçün sülh danışıqlarına başlamağın vacibliyini göstərməlidir.
Tramp isə əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın təqdim etdiyi sülh planını təsdiq etməli olacaq. O, 27 noyabrı Kiyevin qərar verməsi üçün son tarix kimi göstərib.
DOĞRU.AZ




























