image-n1karobka_ads
image-123
image-vx7cnpdlsbxd1bgpevjkocvss3tdbbsgsogjwgqs_1200backend

Türk Dövlətləri Təşkilatının Zirvəsi Qəbələdə keçiriləcək

image-ad_qayo_720x110px

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə TDT rəsmi məlumat yayıb.

Bildirilib ki, zirvə görüşü TDT-nin üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərini bir araya gətirəcək, bölgədə və beynəlxalq miqyasda aktuallıq kəsb edən məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə və Türk Dünyasında sülh, birliyi və rifahı irəli aparmaq məqsədilə mühüm sənədlər qəbul etməyə imkan yaradacaq.

Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü baş tutacaq.

Azərbaycanın tarixi Qəbələ şəhərində keçiriləcək bu tədbir, həm tarix, həm müasirlik və həm də türk dövlətləri arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki