image-n1karobka_ads
image-123
image-17578367865154066_1200x630backend

Türk Dünyası Sığorta Birliyi Şuşada “Proklamasiya” imzaladı

image-ad_qayo_720x110px

Türk Dünyası Sığorta Birliyinin Azərbaycanın Şuşa şəhərində keçirilən birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları birgə “Proklamasiya sənədi” imzalayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imzalanan sənədə əsasən, Birlik Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə uyğun olaraq yenidən formalaşdırılıb. Belə ki, 5 təsisçi üzvdən əlavə, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası sığorta assosiasiyaları müşahidəçi təşkilat qismində Birliyə daxil olub.

Türk Dünyası Sığorta Birliyinin əsas məqsədi üzv və müşahidəçi ölkələrin sığorta bazarları arasında təcrübə, kadr və məlumat mübadiləsini təmin etmək, təkrar sığorta əlaqələrini sistemləşdirmək və qardaş ölkələrdə sığorta sektorunun dayanıqlı inkişafını dəstəkləməkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki